18 yaşlı qızın intihara cəhd etməsinin səbəbi məlum olub

Hit: 304
18 yaşlı qızın intihara cəhd etməsinin səbəbi məlum olub

Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.

Özünü körpüdən atan qızın şəxsiyyəti və intihara cəhd etməsinin səbəbi məlum olub.

Rayonun Qədirli kənd sakini, 2001-ci il təvəllüdlü K.H.Məhəmməd qızı atasının ölümünə dözə bilmədiyi üçün intihara cəhd edib.

Hazırda xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.(Report)









Redaktorun seçimi