Meşəni narkotik plantasiyasına çevirən dəstə üzvləri saxlanıldı

Hit: 238
Meşəni narkotik plantasiyasına çevirən dəstə üzvləri saxlanıldı
Balakən rayonunun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.
 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Sözügedən bitkiləri becərən şəxslərin Gərəkli kənd sakinləri Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib.
 
Onlar şübhəli şəxs qismində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətiriliblər.
 
Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
 








Redaktorun seçimi