Qayınana ona təcavüz edən kürəkənini necə xilas edəcək? - AÇIQLAMA

Hit: 531
Qayınana ona təcavüz edən kürəkənini necə xilas edəcək? - AÇIQLAMA

Bir neçə gün əvvəl Quba rayonunun kəndlərindən birində 53 yaşlı qadının kürəkəni tərəfindən cinsi təcavüzə məruz qalması hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu gün qadının və həyat yoldaşının hadisəni törədən şəxsi bağışlaması, məsələni ailə daxilində həll etməyə çalışması və həbs edilmiş kürəkənlərinin azadlığa çıxmasına səy göstərmələri barədə məlumatlar yayılıb. Qeyd edilib ki, onlar qızlarının ailəsinin dağılmaması üçün bu addımı atıblar və hadisənin içkinin təsiri altında, anlaqsız vəziyyətdə baş verdiyini bildirərək, kürəkənləri barədə verdikləri şikayəti geri götürmək istəyirlər.

Məsələ ilə bağlı Publika.az-a danışan tanınmış hüquqşünas Ramil Süleymanovbildirb ki, şikayətin geri götürülməsi hadisəni törədən şəxsi məsuliyyətdən azad edə bilməz: “Sözügedən hadisədə şəxsin birbaşa özünün şikayət ərizəsi əsasında cinayət işi açılıb. Bu olayda şəxsin şikayətinin cinayət işinin açılmasında böyük əhəmiyyəti var. Bu hadisədə şəxsin şikayətinin sonradan geri götürməsi və ya şikayətinin olmaması barədə müraciət etməsi açılmış cinayət işinə xitam verilməsinə əsas ola bilməz. Bununla əlaqədar olaraq şikayətçi tərəfin cinayət törətmiş şəxslə barışması Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, hadisəni törədən şəxsə məhkəmə tərəfindən təyin edilən cəzada yüngülləşdirici hal ola bilər. Bununla belə cinayət işinə xitam verilməsi mümkün deyil”.

Hüquqşünas əlavə edib ki, şikayətçi tərəf yenidən müraciət edərək hadisə barəsində yalan məlumat verdiyini deyə bilər: “Yox, əgər zərərçəkən qadın ümumiyyətlə desə ki, belə bir hadisə olmayıb və ya mənə qarşı zorakılıq edən şəxs bu deyil, onda həmin qadın barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə, "bilə-bilə yalan məlumat vermə" maddəsi əsasında cinayət iş açıla bilər və həmin qadın barəsində qanunvericiliyə uyğun olaraq ölçü götürülə bilər”.









Redaktorun seçimi