Gəncə Dəmiryolu vağzalında yanğın

Hit: 347
Gəncə Dəmiryolu vağzalında yanğın

Gəncə Dəmiryolu vağzalında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xətdə dayanmış iki vaqonda yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.









Redaktorun seçimi