“VAZ”la “KamAZ” toqquşdu, sürücü qolundan oldu

Hit: 307
“VAZ”la “KamAZ” toqquşdu, sürücü qolundan oldu

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “VAZ 2106” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı “VAZ”ın sürücüsü Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın səbəbləri dəqiqləşdirilir.









Redaktorun seçimi