Bakıda “Ford” sərnişin avtobusuna çırpıldı
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Qəza zamanı “Ford” markalı avtomobil 217 saylı müntəzəm marşrut xətti ilə hərəkətdə olan “İsuzu” markalı sərnişin avtobusuna arxadan çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır.