Sabunçuda qanlı gecə - 28 yaşlı gənc yaralandı

Hit: 147
Sabunçuda qanlı gecə - 28 yaşlı gənc yaralandı

Sabunçu rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

Hadisə Pirşağı qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarəti alıb.

Döş qəfəsindən 3 bıçaq yarası alan S.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq təcili cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatını Sabunçu Rayon Polis İdarəsi araşdırır.









Redaktorun seçimi