Bakıda ər-arvadın meyiti tapıldı

Hit: 309
Bakıda ər-arvadın meyiti tapıldı
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb. 
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda iki nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

 









Redaktorun seçimi