Orta məktəbdə RÜSVAYÇI OLAY: müəllim şagirdini zorladı

Hit: 215
Orta məktəbdə RÜSVAYÇI OLAY: müəllim şagirdini zorladı

Türkiyənin İzmit şəhərində orta məktəb müəllimi şagirdinə təcavüz etməkdə və təcavüzü əks etdirən görüntüləri paylaşmaqda ittiham olunub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, müəllimlikdən uzaqlaşdırılan A.B. aşağı instansiya məhkəməsi tərəfindən 28 il həbs cəzasına məhkum edilib.

Məhkəmə qərarından Apellyasiya Məhkəməsinə şikayət edilib. Videoəlaqə vasitəsilə həbsxanadan məhkəmə iclasına qatılan A.B. günahını qismən etiraf edib. O, “hadisələrin bu nöqtəyə gəlməsini istəmədim, mən kimsəyə foto göstərmədim, sərbəst buraxılmağını tələb edirəm” deyib. Məhkumun azad edilməsini tələbini rədd edən məhkəmə onu cəzasını 22 ilə endirib.









Redaktorun seçimi