Külli miqdarda balıq kürüsü aşkarlanıb

Hit: 221
Külli miqdarda balıq kürüsü aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli predmetlərin təsvir görünüb.

Yoxlama zamanı, vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş iri həcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi