Parkdakı mübahisənin sonu bıçaqlanma oldu

Hit: 166
Parkdakı mübahisənin sonu bıçaqlanma oldu

Binəqədi rayonunda 25 yaşlı gənc bıçaqlanıb.

Hadisə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib.

1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu parkda tanımadığı şəxslə mübahisə edib.

Nəticədə o, bıçaqlanıb. Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bir neçə bıçaq yarası alan İ.İsrafilzadənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.









Redaktorun seçimi