Bakıda qadını döyüb evini qarət etdillər - İŞ MƏHKƏMƏDƏ

Hit: 270
Bakıda qadını döyüb evini qarət etdillər - İŞ MƏHKƏMƏDƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Faktor.az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay azadlıqdan məhrum edilib.
 
İttihama görə, bu ilin mart ayında Binəqədi rayonunda dəstə üzvləri Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər. Onlar mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə 11 min 376 manatlıq oğurluq ediblər.
 
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsə xəsarət yetirməklə) maddəsi ilə ittiham irəli sürülüb.








Redaktorun seçimi