Maqnitofona görə tutuldu, başqa cinayətləri üzə çıxdı

Hit: 278
Maqnitofona görə tutuldu, başqa cinayətləri üzə çıxdı

İyunun 28-də Binəqədi rayonunun Motodrom yeni yaşayış sahəsində Bakı şəhər sakini M.İbrahimova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanıb.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki 2 evdən, 2 avtomobildən, 1 mağazadan pul, məişət əşyası və tütün məmulatı və mobil telefon oğurlaması da müəyyən edilib.

 

 

 








Redaktorun seçimi