TƏCİLİ! 30 hərbçi dağıntılar altnda qaldı

Hit: 2546
TƏCİLİ! 30 hərbçi dağıntılar altnda qaldı

Hindistanın Himaçal Pradeş ştatında üçmərtəbəli binanın uçması nəticəsində 30 hərbçi dağıntı altında qalıb.

Faktor.az axar.az-a istinadən xəbər verir ki, hadisə Solan şəhərində yerli vaxtla 15:50-də baş verib. Hadisə baş verəndə binadakı banket zalında hərbçilərin ziyafəti davam edirmiş. Dağıntı altından 4 nəfər sağ çıxarılıb. Hazırda dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.

İlkin ehtimala əsasən, binanın uçmasına səbəb son günlər bölgədə müşahidə olunan şiddətli yağışlardır.









Redaktorun seçimi