Lənkəranda 18 yaşlı gənc itkin düşdü

142 dəfə oxunub
Lənkəranda 18 yaşlı gənc itkin düşdü

Lənkəranın Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu itkin düşüb.

Faktor.az xəbər verir ki, bu barədə "Report"un Cənub Mərkəzinə onun valideynləri məlumat veriblər.

Məlumata görə, R.Axundlu ötən gün məşq etdiyi idman zalından çıxıb və evə qayıtmayıb. Onu son dəfə şəhərdə, saat 20:00 radələrində görüblər. R.Axundlunun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. R.Axundlunun ailəsi tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.

Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.



Redaktorun seçimi