Bakı metrosunda təhlükəli anlar - Yeni qatarın qapıları açılmadı, sərnişinlər təşviş yaşadı

127 dəfə oxunub
Bakı metrosunda təhlükəli anlar - Yeni qatarın qapıları açılmadı, sərnişinlər təşviş yaşadı

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.

Faktor.az "report"a istinadən xəbər verir ki, "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb.

Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.

Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminın saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin.

Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.

Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib. 



Redaktorun seçimi