Ağdamda 17 yaşlı gənc göldə boğuldu

77 dəfə oxunub
Ağdamda 17 yaşlı gənc göldə boğuldu

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.

Rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Quliyev qəsəbə ərazisindəki göldə çimərkən boğulub.

17 yaşlı gəncin meyitinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Redaktorun seçimi