Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi

1316 dəfə oxunub
Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.

Bu barədə Oxu.Az-ın əməkdaşlarına qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.

Belə ki, hadisə zamanı ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.



Redaktorun seçimi