Bakıda dönərdən kütləvi zəhərlənmə

Hit: 291
Bakıda dönərdən kütləvi zəhərlənmə

Bakıdakı dönərxanalardan birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti 65 ünvanında yerləşən dönərxanada baş verib. 

Bildirilib ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi təcili tibbi yardım xidmətinə müraciət edib.

Onlardan ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var. 

Zəhərlənən şəxslərdən ikisi 3 saylı Sabunçu Xəstəxanasına, üçü isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Müalicələri davam edir.









Redaktorun seçimi