Kür çayından 25 yaşlı qadının meyiti tapıldı

Hit: 221
Kür çayından 25 yaşlı qadının meyiti tapıldı
Şirvanda qadın meyiti tapılıb.
 
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Kür çayının Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində, sahildə qadın meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı ölən qadının Şirvan şəhər sakini,1994-cü il təvəllüdlü Bayramova Fidan Məmmədağa qızı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 









Redaktorun seçimi