Dünən Bakıda 16 nəfəri gün vurub

Hit: 182
Dünən Bakıda 16 nəfəri gün vurub

Dünən havanın kəskin isti keçməsi səbəbilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, müraciət edənlərdən biri qız, biri oğlan olmaqla 2-si uşaq, 10-u kişi, 6-sı qadındır:

“Həmçinin, onlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərinə yerində yardım göstərilib”.
 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin tibbi-meteoroloji proqnozu ilə bağlı əhaliyə xəbərdarlıq edilmişdi. Məlumatda iyunun 24-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənildiyi vurğulanmışdı.









Redaktorun seçimi