Ərəb turist Bakıda 6 yaşlı uşağı yaraladı
Bakının Nəsimi rayonunda baş verən qəzada 6 yaşlı uşaq yaralanıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Vaqif küçəsi 5 ünvanında Səudiyyə Ərəbistanından olan turist kirayə götürdüyü “KİA” markalı minik maşını ilə qəza törədib. Nəticədə 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlu ağır xəsarət alıb.
Azyaşlı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.