Kürdəxanıda qəza oldu, bir ailə xəstəxanaya düşdü

Hit: 215
Kürdəxanıda qəza oldu, bir ailə xəstəxanaya düşdü
Bakının Sabunçu rayonunda 2 avtomobilin toqquşması zamanı 2 nəfər yaralanıb.
 
Hadisə Kürdəxanı dairəsində baş verib. “VAZ 21012” markalı minik avtomobili hərəkətdə olarkən “Volkswagen Passat” markalı minik maşını ilə toqquşub.
 
Qəza nəticəsində “VAZ 21012”-in sürücüsü İlqar və onun həyat yoldaşı Səbinə adlı xanım xəsarət alıb.

Yaralılar dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Sürücüyə kəllə-beyin travması, biləyin əzilməsi, avtomobilin ön şüşəsinə çırpılaraq xəsarət alan Səbinə adlı xanıma isə alın nahiyəsinin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. 

İlkin məlumata görə, “Volkswagen”-in sürücüsü geriyə dönmə əməliyyatını düzgün yerinə yetirmədiyindən qəza baş verib.

Faktla bağlı araşdırma aparılır. 

 









Redaktorun seçimi