BAKIDA DƏHŞƏT: - Qəsdən maşını üstünə sürüb öldürdü

Hit: 270
BAKIDA DƏHŞƏT: - Qəsdən maşını üstünə sürüb öldürdü

Bakıda qətl törədilib.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, dünən gecə saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Murad Baxşıyev münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurub. R.Əliyev hadisə yerində ölüb.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub.

Araşdırmalar davam etdirilir.









Redaktorun seçimi