Bakıda ağır qəza - ÖLƏN VAR

Hit: 245
Bakıda ağır qəza - ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, gecə saatlarında Xətai rayonu Zığ yolunda Elvin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən yaşlı kişini vurub. Ağır xəsarət alan piyada 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin araşdırmalardan sonra ölən şəxsin 1958-ci il təvəllüdlü Əliyev Tofiq Yəhya oğlu olması müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.









Redaktorun seçimi