Azərbaycanda elektrikpaylayıcı şəbəkədə yanğın - XƏSARƏT ALAN VAR

Hit: 383
Azərbaycanda elektrikpaylayıcı şəbəkədə yanğın - XƏSARƏT ALAN VAR

Qax rayonunda elektrikpaylayıcı şəbəkədə baş verən yanğın xəsarətlə nəticələnib.

Səhər saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına rayonun 1982-ci il təvəllüdlü Cəlayer kənd sakini Ocayev Tural Kərim oğlu yanıq xəsarətləri ilə daxil olub.

Müayinə zamanı məlum olub ki, T.Ocayev iş zamanı elektrikpaylayıcı şəbəkədə baş verən yanğın nəticəsində xəsarət alıb. Ona bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu qoyulub, vəziyyəti kafidir.(Report)









Redaktorun seçimi