Bakıda taksi 9 yaşlı uşağı vurdu

Hit: 230
Bakıda taksi 9 yaşlı uşağı vurdu
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 9 yaşlı uşaq xəsarət alıb.
 
Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.
 
2010-cu il təvəllüdlü Məmmədzadə Kənan İlqar oğlu yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobil vurub. Yaralı uşaq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.
 








Redaktorun seçimi