"X-lady" ticarət mərkəzində baş verən yanğının səbəbi məlum olub

Hit: 492
"X-lady" ticarət mərkəzində baş verən yanğının səbəbi məlum olub

"X-lady" ticarət mərkəzində baş verən yanğının səbəbləri aydınlaşmağa başlayıb.

Faktor.az Musavat.com-a istinadla xəbər verir ki, yanğın "X-lady" ticarət mərkəzinin yanındakı "İzabel" ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisdən başalyıb.

Hadisəyə səbəb həmin ofisdəki printerlərdən birinin partlaması olub. Ətrafa yayılan alov qısa zamanda "X-lady" ticarət mərkəzinə də keçib.

Yanğın söndürülsə də, 3-cü mərtəbədəki ayaqqabı anbarına ziyan dəyib. "X-lady" ticarət mərkəzinin isə dam örtüyü yanaraq, yararsız hala düşüb.

Məlumata görə, yuxarı mərtəbələrdəki mallara da ziyan dəyib.









Redaktorun seçimi