Bakıda məşhur mağazadakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO - FOTOLAR

Hit: 2364
Bakıda məşhur mağazadakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO - FOTOLAR

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

Faktor.az Azərtac-a istinadənverir ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

****

11:08

Bakı şəhər Nizami rayonunda ticarət obyektində başlayan yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Faktor.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib. O, Real TV-yə açıqlamasında hadisənin səbəbinin yanğının söndürülməsindən sonra məlum olacağını deyib.

*****

10:44

Fövqəladə Hallar Nazirliyi Nizami rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Faktor.az nazirliyə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

*****

10:33

Bu dəqiqələrdə Bakının Nizami rayonunda güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, metronun "Neftçilər" prospekti yaxınlığında - Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında güclü yanğının başlaması barədə məlumat daxil olub.

Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Əlavə məlumat veriləcək.

1
1
1
1
1
1








Redaktorun seçimi