Bədbəxt hadisə: 15 yaşlı oğlan eyvandan yıxılaraq ölüb

Hit: 280
Bədbəxt hadisə: 15 yaşlı oğlan eyvandan yıxılaraq ölüb

Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən 22 radələrində Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, mən 74-də qeydə alınıb.

Həmin mənzildə yaşayan 2004-cü il təvəllüdlü Kənan Musayev ehtiyatsızlıqdan evin eyvanından yıxılıb. O, Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. 









Redaktorun seçimi