Qaçırdığı maşınla birgə tutuldu

Hit: 269
Qaçırdığı maşınla birgə tutuldu
İyunun 18-nə keçən gecə Nərimanov rayonunun A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
 
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 









Redaktorun seçimi