Bakıda güclü yanğın - FOTOLAR

376 dəfə oxunub
Bakıda güclü yanğın - FOTOLAR

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda hasara alınan ərazidə 300 m² sahədə quru ot, ümumi sahəsi 4 m² olan taxtadan ibarət köməkçi tikili və ümumi sahəsi 20 m² olan qarajın dam örtüyü 4 m² sahədə yanıb.

Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

14:27

Bakının Yasamal rayonu ərazisində yanğın başlayıb.

Faktor.az baku.ws-ə istinadən bildirir ki, yanğın hadisəsi "Alov qüllələri"nin yaxınlığındakı boş otluq ərazidə qeydə alınıb. 

Hadisə baş verən əraziyə dərhal yanğınsöndürən maşınlar cəlb olunub. Yanğınsöndürənlər hadisə olan əraziyə vaxtına çataraq yanğına müdaxilə edib. Qısa zamanda yanğını lokallaşdırmaq mümkün olub.  

Əlavə məlumat veriləcək.

1
1



Redaktorun seçimi