AZƏRBAYCANDA DƏHŞƏT: Qəbul imtahanında az bal topladı - Özünü öldürdü

182 dəfə oxunub
AZƏRBAYCANDA DƏHŞƏT: Qəbul imtahanında az bal topladı - Özünü öldürdü

Sabirabad rayonunda məktəbi yenicə başa vurmuş oğlanın intiharı ilə bağlı cinayət işi açılıb.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyması faktı ilə əlaqədar Sabirabad rayon Prokurlruğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Bildirilir ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub və 14 iyunda məktəbdə keçirilən “Son Zəng” tədbirində iştirak edib. Lakin iyunun 15-də axşam saatlarında o, özünü asaraq intihar edib. 17 yaşlı Yusif bir müddət əvvəl keçirilən qəbul imtahanında zəif nəticə göstəribmiş və qəbul imtahanlarının ikinci mərhələsində iştirak etməyi planlaşdırırmış.

Araşdırmalar davam etdirilir.



Redaktorun seçimi