Türkiyəlini soyan azərbaycanlılara hökm oxundu - Ukraynada

Hit: 219
Türkiyəlini soyan azərbaycanlılara hökm oxundu - Ukraynada

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşını qarət edən üç Azərbaycan vətəndaşına hökm oxunub.

Bununla bağlı gx.net.ua saytı məlumat yayıb.

 

Məlum olub ki, 2017-ci il oktyabrın 27-dən 28-nə keçən gecə üç azərbaycanlı türkiyəlinin evinə qonaq gəlib. Qonaqlıqdan əvvəl azərbaycanlılardan biri pnevmatik tapança alıb.

Bakı sakinləri olan şəxslər zərəçəkmişə zor tətbiq edərək onun 7500 qrivna pulunu (təxminən 500 AZN - red.), mobil telefon, noutbuk və saatını götürüblər. Ümumilikdə, türkiyəliyə 23 min 200 qriven (təxminən 1500 AZN - red.) zərər dəyib. 

Rayon məhkəməsi azərbaycanlıları təqsirli bilərək hər birinə səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.









Redaktorun seçimi