Atanın mənə borcu var dedi, azyaşlı uşaqlarına təcavüz etdi və... - Azərbaycanda ŞOK OLAY

Hit: 620
Atanın mənə borcu var dedi, azyaşlı uşaqlarına təcavüz etdi və... - Azərbaycanda ŞOK OLAY

Samux rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Mənsur Qasımovun (cinayət işi üzrə ad və soyadlar şərti verilib) məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Mənsur Qasımov 2015-ci ilin iyun ayının 7-də həmkəndlisi 2006-cı il təvəllüdlü Orxan Məhərrəmovun başqa bir oğlanla intim əlaqədə olmasını bilib.

Zorakılıq

O, həmin gün saat 18 radələrində Orxanın Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanları otardığını eşidib və həmin yerə gəlib.

Mənsur Qasımov orada Orxan Məhərrəmova zor tətbiq edib, onu yerə yıxdıqdan sonra əllərini saman kəndiri ilə bağlayıb.

Sonra o, Orxan Məhərrəmovu otlaq sahəsinin yaxınlığında "qarğılıq" adlanan yerə aparıb.

Seksual ittiham

Orada Mənsur Qasımov Orxan Məhərrəmovun köməksiz vəziyyətindən istifadə edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, daha sonra ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Ertəsi gün Mənsur Qasımov Orxan Məhərrəmovla intim əlaqədə olmaq üçün yenə də həmin əraziyə gəlib. Zorakılıq göstərmək yolu ilə azyaşlı ilə yenidən qeyri-təbii yolla intim əlaqədə olub.

İstintaq orqanı tərəfindən Mənsur Qasımovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

8 il 6 ay cəza

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mənsur Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mənsur Qasımov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, zərərçəkmişə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini bildirib. Barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bəraət istədi, istəyinə çatmadı

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Mənsur Qasımovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Mənsur Qasımov kasasiya şikayəti verib.

Mənsur Qasımovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti araşdırılıb və sonda təmin olunmaması barədə qərar elan edilib.

Qeyd edək ki, zərərçəkmiş Orxan Məhərrəmov bundan əvvəl həmkəndlisi, 1998-ci il təvəllüdlü Fərid Babayevin də təcavüzünə məruz qalıb.

Publika.az Fərid Babayevin barəsində olan cinayət işi üzrə istintaq sənədləri əsasında ötən il yazı hazırlamışdı.

İstintaq orqanı tərəfindən Fərid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

“Mənə borcu yaranıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid Babayev bildirib ki, 2015-ci ilin iyun ayında bir neçə dəfə Vüsalın nəzarətsiz qoyduqları mal-qaranın onların otlaq sahəsinə girdiklərini görüb, onlarla mübahisə edib: “Həmçinin Vüsala məxsus fərdi təsərrüfatda xurma yığımında ona köməklik etmişəm. Buna görə onun mənə zəhmət haqqı kimi 160 manat borcu olub. Həmin pulu dəfələrlə Vüsaldan istəməyimə baxmayaraq, Vüsal həmin pulu mənə verməkdən imtina edib”.

“Pulumu istədiyimə görə mənə şər atıb”

Fərid Babayevin sözlərinə görə, həmin ilin iyulun 8-də evdə olan zaman Vüsal onlara gəlib, əsəbi halda ona oğlu Orxana qarşı uşaqbazlıq hərəkəti etdiyini bildirib: “Həmin zaman Vüsal mənə onlara getməli olduğumu dedi. Mən də Vüsala oğluna qarşı həmin hərəkəti etmədiyimi bildirdim, onlara getməkdən imtina etdim. Ümumiyyətlə, Vüsalın oğluna qarşı heç vaxt seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Vüsaldan borcumu istədiyimə görə, sonuncu mənə şər atıb”.

“Qardaşımla məni yerə yıxdı”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Orxan Məhərrəmov bildirib ki, 2015-ci ilin iyun ayının əvvəllərində, yəni 10-11 tarixlərində saat 18 radələrində qardaşı Vüqar ilə yaşadığı Samux rayonunun Kəsəmən kəndinin ərazisində yerləşən özlərinə məxsus otlaq sahəsində mal-qaralarını otaran zaman həmkəndlisi Fərid Babayev onlara yaxınlaşıb: “Fərid bizimlə salamlaşdı. Sonra bizimlə təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra məni və qardaşım Vüqarı əli ilə itələdi, bizi yerə yıxdı”.

“Məni öldürməklə hədələdi”

Orxan Məhərrəmovun sözlərinə görə, bundan sonra Fərid onun belində oturub və saman kəndirilə əllərini bağlayıb: “Sonra məni yaxınlıqda olan “qarğılıq” deyilən yerə apardı. Orada əynimdəki şalvarı aşağı çəkərək, mənimlə qeyri-təbii yolla cinsin əlaqədə oldu. Sonra mənə qarşı pis hərəkət etdi. Fərid bu hərəkətlərini edəndən sonra əl-qolumu açdı. O, həmin hərəkət barədə başqa şəxsə deyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi. Hətta həmin vaxt Fəridin əlində bıçaq olub və yerdən ağac parçası götürərək mənə “bunun kimi səni də qədləyərəm”, - dedi. Qorxduğumdan bu barədə valideynlərimə və başqa şəxsə deməmişəm”.

“Ağlamağımızın səbəbini soruşdu”

Orxan Məhərrəmov bildirib ki, 7 iyul 2016-cı il tarixdə saat 21 radələrində həmkəndlisi Xəlil onları görüb: “Xəlil yaxınlaşaraq mənə qarşı kənd sakinləri tərəfindən pis hərəkətlər olunub-olunmadığını soruşdu. Belə bir halı nə səbəbə valideynlərimə demədiyimi irad tutaraq məni və qardaşım Vüqarı danladı. Bundan sonra qardaşımla ağlaya-ağlaya evimizə gedərkən həmkəndlimiz Elgün bizi gördü. O, ağlamağımızın səbəbini soruşdu. Qardaşım Vüqara və mənə qarşı kənd sakinləri tərəfindən pis hərəkətlər edildiyini dedim. Eləcə də mən və qardaşım Elgünə bizə qarşı kənd sakinləri Fərid və digərləri tərəfindən edilmiş seksual xarakterli zorakılıq hərəkətləri barədə danışdıq”.

“Bundan bərk əsəbiləşdim”

Cinayət işi üzrə şahid qismində ifadə verən zərərçəkmiş Orxan Məhərrəmovun atası Vüsal Məhərrəmov bildirib ki, iyulun 8-də mal-qaranı otarmağa aparıb və saat 21 radələrində evə qayıdıb, oğlanları Vüqar və Orxanı yanına çağırıb: “Onlardan kənd uşaqlarının onlara qarşı pis hərəkətlər edib-etməmələrini soruşdum. Həmin vaxt oğlanlarım uzun müddət ərzində kənd uşaqları Fərid və digərlərinin onların əllərini zorla saman kəndiri ilə bağlayıb, onlara qarşı pis hərəkətlər etmələrini söylədilər. Fərid və Vüqarın şalvar və şortiklərinə baxdıqda onların üzərində cırılma izlərinin mövcud olduğunu gördüm. Bundan bərk əsəbiləşdim, həmin uşaqların ardınca getdım”.

Vüsal Məhərrəmov qeyd edib ki, qayınatası isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib.

“Ata-baba yurdumuzdan didərgin düşməklə üzləşmişik”

Vüsal Məhərrəmov qeyd edib ki, Fərid Babayevin ifadəsində onun təsərrüfatında işləməsi, buna görə aralarında 160 manat borc yaranması, borcunu istədikdə onu verməyib, onu şərləməsi kimi göstərdikləri ağ yalan və cəfəngiyyatdır: “Fərid mənim təsərrüfatımda işləməyib. Aramızda 160 manat məbləğində borc yaranmayıb və mənim şəxsən Fəridə borcum olmayıb. Fərdi təsərrüfatımda Fəridin qardaşı Nemət işləyib. Fərid bu halı öz xeyrinə istifadə eşməyə çalışıb. Oğlanlarıma qarşı edilmiş əxlaqsız hərəkətlərə görə hətta ata-baba yurdumuzdan didərgin düşməklə üzləşmişik. Fəridin oğluma qarşı etdiyi nalayiq hərəkətlər insana, xüsusilə də bir valideyn kimi mənə toxunub. Bir ata kimi 160 manat borca görə, yəni borcdan yaxa qurtarmaq üçün iki azyaşlı körpə oğlan uşağımın adına belə bir yalan danışmaram”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Fərid Babayev və vəkili apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Fərid Babayev və onun vəkilini verdiyi apelyasiya şikayətləri təmin edilməyib.

Bu qərardan narazı qalan Fərid Babayevin vəkili kasasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyilə bu yaxınlarda baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb. Şikayətin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Fərid Babayevin vəkilini şikayəti təmin edilməyib və Gəncə Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 









Redaktorun seçimi