Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb

Hit: 640
Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb

Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində hamilə qadın ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, məhrumun qohumları ölümün həkimin səhvi ucbatından baş verdiyini bildirib. Qeyd olunub ki, səhhəti ilə bağlı şikayətləri olan S.Yusubova ötən gün günorta saatlarında xəstəxanaya çatdırılıb. Burada həkimlər onu  müayinədən keçirib və bir neçə dərman yazaraq evə buraxıblar. Amma, xəstəxanadan döndükdən bir neçə saat sonra S.Yusubovanın vəziyyəti qəfil pisləşib və gecə saatlarında dünyasını dəyişib. 

Vəfat edən 33 yaşlı S.Yusubovanın 8 aylıq hamilə olduğu bildirilib.









Redaktorun seçimi