Bakıda daha bir piyada “yol terroru”nun qurbanı oldu

27 dəfə oxunub
Bakıda daha bir piyada “yol terroru”nun qurbanı oldu

Bakıda piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyunun 11-i saat 19:00 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub.

 

Nəticədə, piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Redaktorun seçimi