Qazaxda qəza, 2 gənc yaralandı

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “VAZ” markalı avtomobilin maneəyə çırpılması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Qumarov Elmixan və 1994-cü il təvəllüdlü Məmmədkərimov Tural xəsarət alaraq xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.


