Azərbaycanda avtomobil kanala aşdı - ÖLƏN VAR

Sabirabad şəhərində ağır yol qəzası baş verib.
Faktor.az Publika.az-a istinadən xəbər evrir ki, iyunun 10-da saat 2 radələrində Sabirabad şəhərinin V.Əhmədov küçəsində şəhər sakini Azad Həziyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı kanala aşırıb. O, hadisə yerində boğularaq ölüb.
Araşdırma aparılır.


