Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

59 dəfə oxunub
Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama
Ağstafa rayonunda 15 yaşlı dörd yeniyetmənin bir gündə hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirildiyinə dair xəbər yayılıb.
 
Məlumata görə, mayın 23-də rayon sakinləri olan dörd hamilə qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İddiaya görə, onların heç birinin hələ 18 yaşı tamam olmayıb.
 
DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-a məsələ ilə bağlı açıqlama verib. 

Bildirib ki, hadisənin mahiyyəti təhrif olunub:

“Xəstəxanaya müraciət edən dörd hamilənin hər biri gənc xanımdır və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər”.

 



Redaktorun seçimi