Bakıda qadını cərəyan vuraraq öldürüb

63 dəfə oxunub
Bakıda qadını cərəyan vuraraq öldürüb

Bakıda qadını elektrik cərəyanı vurub.

Hadisə mayın 23-də paytaxtın Nəsimi rayonu, Seyidzadə küçəsi ev 26, mənzil 60 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Nazimə Novruzova hamamda çimərkən duş kabinəsinin duş alətinə elektrik cərəyanı keçib, nəticədə qadını elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.



Redaktorun seçimi