Sabirabadda 49 yaşlı kişi balıq tutarkən su kanalının sahilində ölüb

Hit: 276
Sabirabadda 49 yaşlı kişi balıq tutarkən su kanalının sahilində ölüb

Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb. 

ONA-nın yerli bürosundan verilən məlumata görə, mərhumun meyiti rayon morquna gətirilib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.









Redaktorun seçimi