Nazirlik Telman Kərimlini Keşikçidağa göndərdi

Hit: 315
Nazirlik Telman Kərimlini Keşikçidağa göndərdi

Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən KeşikçiDağ Dövlət Tarix Mədəniyyət Qoruğuna baxış keçirilib.

Report-un məlumatıan görə, institutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə əraziyə ilkin baxış keçirib.

Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

T.Kərimli açıqlamasında deyib ki, Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunda infrastruktur yaradılacaq: “Hazırda qoruğun inzibatı binasının yaradılması üçün danışıqlar aparılır. Çünki işçilərin daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidə yolların təmir-bərpası həyata keçirilməlidir. Mağaralarda konservasiya (mühafizənin təşkili) işlərinin həyata keçirilməsi zəruridir. Bütün bunların hamısının həyata keçirilməsi gündəlikdə duran məsələlərdəndir. Biz qoruğa bu məsələlərin reallaşdırılması məqsədi ilə baxış keçirmişik”.









Redaktorun seçimi