Sumqayıtda usta 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

33 dəfə oxunub
Sumqayıtda usta 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Sumqayıtda ağır xəsarətlə nəticələnən hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin 18-ci mikrorayonu ərazisində tikintisi aparılan obyektlərin birində bədbəxt hadisə qeydə alınıb.

Belə ki, orada usta işləyən 1977-ci il təvəllüdlü İmanquliyev Tərlan Əhəd oğlu tikilinin 2-ci mərtəbəsindən yıxılıb. İş qəzası nəticəsində T.İmanquliyev ağır bədən xəsarətləri alıb, onurğa və fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi