Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Hit: 242
Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Beyləqan rayonunda yanğın baş verib.

Faktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 290 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.









Redaktorun seçimi