Müğənni Kərimin döyülməsi ilə bağlı təhqiqat aparılır - RƏSMİ

Hit: 375
Müğənni Kərimin döyülməsi ilə bağlı təhqiqat aparılır - RƏSMİ

Müğənni Kərim Abbasovu döyən şəxs barəsində təhqiqat araşdırmalarına başlanılıb.

Faktor.az xəbər verir ki, bu barədə ONanın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, Kərim Abbasovun müraciəti Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılır. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, o Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğludur. Həmin şəxs idarəyə dəvət olunub və izahatı alınıb. Hazırda fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, müğənni Kərim Abbasov sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb.









Redaktorun seçimi