Azərbaycanda faciəvi şəkildə ölən müəllimlərlə bağlı AÇIQLAMA - “Hadisə vaxtı ikisi də…”

Hit: 2740
Azərbaycanda faciəvi şəkildə ölən müəllimlərlə bağlı AÇIQLAMA - “Hadisə vaxtı ikisi də…”

Dünən Masallı rayonunda baş vermiş ağır yol qəzasında ölən müəllimlər dəfn edilib.

Faktor.az xəbər verir ki, Masallı rayonunun Çaxırlı kəndi ərazisində “Mercedes” markalı avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində vəfat edən Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi, 1971-ci il təvəllüdlü Abdulla Abdullayev kənd qəbiristanlığında dəfn edilib.

Cəlilabad rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi İlkin Zeynalov Publika.az-a açıqlamasında bildirib ki, vəfat edən müəllimlər Maşlıq kənd orta məktəbində çalışırmış və may ayının 1-dən işə çıxmayıblar: “Onların hər ikisi may ayının 1-dən etibarən səhhətləri ilə əlaqədar bülleten açdırıblar. Tarix müəllimi olan Abdulla Abdullayevin və fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərən Sabir Ağayevin dəsr yükü onların işə çıxmaması səbəbindən digər müəllimlər arasında bölüşdürülüb. Bu səbəbdən də hadisə dəırsdən, yəni iş vaxtından kənar baş verib”.

Qeyd edək ki, dəhşətli yol qəzası dünnə saat 15 radələrində qeydə alınıb.

İlkin araşdırmalar zamanı yol qəzasına yüksək sürətin səbəb olduğu məlum olub.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 









Redaktorun seçimi