Bakıda 4 otaqlı ev yanıb, ölən var

Hit: 193
Bakıda 4 otaqlı ev yanıb, ölən var

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağının lambirindən ibarət tavanı 30 m² sahədə əriyib.

Yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.









Redaktorun seçimi