Bakı sakini naməlum şəxslərin hücumuna məruz qaldı

Hit: 82
Bakı sakini naməlum şəxslərin hücumuna məruz qaldı

Ötən gün paytaxt sakini 3-4 nəfərin hücumuna məruz qalıb.

Hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, Sarayeva küçəsi 13 ünvanında baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Cavad Mamed oğlu Hüseynov 3-4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər onun qarşısını kəsərək arxa cibində olan “Xiaomi” markalı mobil telefonu götürərək qaçıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.

Faktla bağlı araşdırma aparılır.







Redaktorun seçimi