Tanınmış azərbaycanlı pedaqoq vəfat etdi - 70 YAŞINDA - FOTO

Hit: 457
Tanınmış azərbaycanlı pedaqoq vəfat etdi - 70 YAŞINDA - FOTO

AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist Sahib Əhmədov vəfat edib.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, tanınmış zooloq xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Sahib Bəylər oğlu Əhmədov 1949-cu ildə Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olub.

48 illik pedaqoji fəaliyyəti olan S.Əhmədov 1994- 2004-cü illərdə Bakı şəhər Nizami rayonundakı kimya-biologiya təmayüllü respublika litseyində, 2004-cü ilin sentyabr ayından Xətai rayonundakı Heydər Əliyev adına liseydə çalışıb. Sahib Əhmədov 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri vəzifəsini tutub.

Allah rəhmət eləsin!









Redaktorun seçimi